BAKI, 18 noyabr — Sputnik. Moskva, "Global Cities Index 2024" qlobal şəhərlər reytinqində muzey sayına görə birinci yeri tutub. Bu barədə Moskva meri Sergey Sobyanin özünün "Teleqram" kanalında məlumat verib.
"Moskva "Global Cities Index 2024" reytinqində muzeylərin sayına görə birinci yeri tutub... Rusiya paytaxtı London, Paris, Vyana, Roma, Barselona, Pekin, Tokio və Nyu-York da daxil olmaqla dünyanın bütün mədəni metropollarını qabaqlayıb. Ümumilikdə, reytinqdə 156 şəhər var", - Sobyanin bildirib.
O qeyd edib ki, Moskva artıq 10 ildir ki, muzeylərin sayına görə liderdir. Paytaxtın şəhərlərin reytinqində yüksək mövqeyi biznes mühitinin yaxşılaşdırılması, bütün növ xidmətlərin əlçatanlığının və keyfiyyətinin yüksəldilməsi, iqtisadiyyatın, şəhər infrastrukturunun və əlbəttə ki, insan kapitalının inkişafı üzrə davamlı işlərin nəticəsidir.
"Moskva, həmçinin "İşgüzar fəaliyyət", "İnsan kapitalı", "Məlumat mübadiləsi", "Mədəni təcrübə" və "Siyasi iştirak" kimi sahələri qiymətləndirən "Global Cities Index 2024" ümumi reytinqinin top-30-da yer alıb", – mer əlavə edib.
Bundan əvvəl Finlandiyanın Tampere şəhərində Qərbdə yeganə Lenin muzeyinin bağlandığı barədə məlumat verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.