SƏHİYYƏ

Rusiyada 2-17 yaş arası diabetli uşaqlara qlükoza monitorinq sistemləri verilib

Nazir müavini qeyd edib ki, "Ailə ili"ndə birinci tip şəkərli diabetdən əziyyət çəkən hamilə qadınların davamlı qlükoza monitorinqi sistemlərinin təmin edilməsi barədə qərar qəbul edilib.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Rusiya regionları tərəfindən elan olunan şəkərli diabet xəstəliyindən əziyyət çəkən 2 yaşından 17 yaşa qədər olan bütün uşaqlar bu il davamlı qlükoza monitorinqi sistemləri ilə təmin edilib.
Bun barədə "RİA Novosti" Rusiya Baş nazirinin müavini Tatyana Qolikovaya itinadən xəbər verib.

"Bu il üçün xəstələrin davamlı qlükoza monitorinqi sistemləri ilə təmin edilməsi üçün dörd milyard rubldan çox vəsait ayrılıb və bu, ölkənin regionları tərəfindən təqdim olunan müraciətlərə əsasən 2 yaşdan 17 yaşa qədər olan uşaqları tamamilə əhatə edib", - Qolikova Rusiya hökuməti üzvlərinin iclasında bildirib.

Tatyana Qolikova
Nazir müavini qeyd edib ki, "Ailə ili"ndə federal büdcə vəsaiti hesabına 1-ci tip şəkərli diabetdən əziyyət çəkən hamilə qadınların davamlı qlükoza monitorinqi sistemlərinin təmin edilməsi barədə qərar qəbul edilib. Hazırda 12 mindən çox belə qadın qeydiyyatdadır.
Bundan əlavə, Qolikova əlavə edib ki, bu il şəkərli diabetdən əziyyət çəkən xəstələr üçün 614 məktəb avadanlıqla təchiz edilib. 560 mindən çox xəstə diabet və düzgün qidalanma ilə həyat bacarıqları üzrə təlim keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.