RUSİYA

Prezident İlham Əliyev Anton Siluanov və Leonid Slutski ilə görüşüb - Yenilənib

Azərbaycanın dövlət başçısı Rusiya rəsmilərini qəbul edib.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov və Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski ilə görüşüb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib, bu görüşün əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından önəmi qeyd olunub.
Ölkələrimiz arasında ticarət dövriyyəsinin artması, milli valyutalarda ödənişlərin həyata keçirilməsi əlaqələrimizin möhkəmlənməsinin yaxşı göstəricisi kimi dəyərləndirilib.
Görüşdə baş nazirin müavini Şahin Mustafayev və maliyyə naziri Samir Şərifov da iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.