BAKI, 18 noyabr - Sputnik. G20 sammitində çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov plenar iclasda Rusiyanın inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyini təmin etmək səylərindən danışıb. Bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Rio-de-Janeyroda keçirilən G20 sammitində Rusiyanı təmsil edən Sergey Lavrov yoxsulluq və aclıqla mübarizəyə həsr olunmuş birinci plenar iclasda çıxış edib”, - Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
© Sputnik
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin rəhbəri Braziliyanın aclıq və yoxsulluqla mübarizə üçün Qlobal Alyansın yaradılması təşəbbüsünü dəstəkləyib inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində Rusiyanın səylərindən danışıb.
Lavrov həmçinin BRİKS assosiasiyasının qlobal inkişaf problemlərinin həllinə mühüm töhfəsini qeyd edib və bu, Kazan BRİKS Zirvə Toplantısının nəticələrində də öz əksini tapıb.
Nazir həqiqətən bərabərhüquqlu beynəlxalq əməkdaşlığın qurulmasını çətinləşdirən kollektiv Qərbin neokolonial təcrübələrinə diqqət çəkib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.