RUSİYA

Azərbaycan kartofuna böyük tələbat: Rusiya tədarükü artırmağı planlaşdırır

Bu yaxınlarda Rusiya baş nazirinin müavini Dmitri Patruşev Rusiya İqtisadi İnkişaf Nazirliyindən və Kənd Təsərrüfatı Nazirliyindən dost olan ölkələrdən kartof idxalı məsələsi üzərində işləməyi istəyib.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Daxili tələbatın artması şəraitində Rusiya Azərbaycandan kartof idxalını artırmaq niyyətindədir.
Bu barədə "Rusprodsoyuz" assosiasiyasının idarə heyətinin sədr müavini Dmitri Leonov "TASS"a bildirib.
Assosiasiyanın məlumatına görə, 2024-cü ilin yanvar-aprel ayları ərzində Rusiya Federasiyasına 56,9 min ton ərzaq kartofu idxal edilib. Tədarükün ən böyük payı (85,3%) Misir, həmçinin böyük tədarükçülər arasında Azərbaycan, Çin və Pakistan tərəfindən həyata keçirilib (Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri və İran istisna olmaqla).

"Məhsulun azalması ilə əlaqədar çatışmayan həcmlər bu ölkələrdən kartofun tədarükü hesabına ödənilə bilər", - Leonov qeyd edib.

Rusiya Kənd Təsərrüfatı Nazirliyindən bu yaxınlarda bildirilib ki, öz istehsalı artdıqca əsas kənd təsərrüfatı məhsulların toxumlarının ölkəyə idxalının tədricən azaldılması planlaşdırılır.
Bu yaxınlarda Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Patruşev artan tələbatı ödəmək üçün Rusiya İqtisadi İnkişaf Nazirliyindən və Kənd Təsərrüfatı Nazirliyindən dost olan ölkələrdən kartof idxalı məsələsi üzərində işləməyi istəyib.
Assosiasiyadan qeyd edilib ki, 2023-cü ildə kartof məhsulu 8,5 milyon tonu ötərək rekord həddə çatıb. 2024-cü ildə əlverişsiz hava şəraitinə baxmayaraq, məhsul yığımı üzrə proqnoz 7,3 milyon ton təşkil edir ki, bu da 2021 və 2022-ci illərin nəticələri ilə müqayisə oluna bilər.
Xatırladaq ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycanda kartofun əkin sahəsi 2019-cu ilə nisbətən 13.0%, 2022-ci ilə nisbətən isə 9.7% azalaraq 49.5 min hektar olub.
2023-cü ildə kartof istehsalı 2022-ci ilə nisbətən 5.9% azalaraq 1.0 milyon ton olub. 2023-cü ildə ölkəyə yığım mövsümündən sonrakı dövrdə 162.2 min ton kartof idxal edilib ki, bu da 2022-ci illə müqayisədə 1.6% çoxdur.
Azərbaycana kartof idxalının 41.8%-i Rusiyanın, 23.9%-i İranın, 22.9%-i Belarusun, 6.0%-i Pakistanın, 2.7%-i Türkiyənin, 2.5%-i Gürcüstanın, 0.3%-i isə digər ölkələrin payına düşüb.
Azərbaycandan kartof ixracının 88.0%-i Rusiyanın, 7.7%-i Ukraynanın, 3.1%-i Belarusun, 0.7%-i Qazaxıstanın, 0.2%-i Gürcüstanın, 0.4%-i isə digər ölkələrin payına düşüb. Azərbaycandan əsasən faraş kartof ixrac olunur. 2023-cü ildə kartof ixracı 71.2 min ton olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.