BAKI, 18 noyabr — Sputnik. COP 29 qlobal iqlim sammiti çərçivəsində Rusiyanın baş naziri Mixail Mişustin ötən həftə Bakıda olub. O, təkcə Azərbaycan Prezidenti İlham Əliyevlə deyil, həm dar, həm də geniş tərkibdə Baş nazir Əli Əsədovla da danışıqlar aparıb. Tərəflər ikitərəfli ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edib, nəqliyyat layihələrinin və sənaye əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsi üzrə işi sürətləndirmək barədə razılığa gəliblər.
Ertəsi gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Bu həftənin əvvəlində isə Rusiya Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov Bakıda səfərdə olub və ölkə Prezidenti İlham Əliyev və Azərbaycan hökumətinin əsas rəsmiləri ilə görüşüb.
Bu dinamikanın səbəbi nədir, tərəflər hansı mövzuları müzakirə ediblər və bunun Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinə necə təsir edəcəyi barədə 21 noyabr saat 12:00-da "Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzində videokörpü zamanı politoloq, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə universitetinin eksperti Ruslan Səfərov söhbət açacaq.
Əlaqələr:
Telefonlar: 404-13-84/85
"Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzi aşağıdakı ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.