COP29

Aİİ, BRICS və ŞƏT: Putinin qlobal karbon bazarının yaradılması üzrə xüsusi nümayəndəsi

Titov hesab edir ki, Qlobal Cənub ölkələri öz qanunları ilə vahid bazar mexanizmi kimi karbon vahidlərinin qlobal ticarətinə girsələr, bu onlara ticarətin maliyyə nəticələrinə təsir göstərməyə imkan verəcək.
Sputnik
BAKI, 18 noyabr - Sputnik. Aİİ, ŞƏT və BRİKS ölkələri vahid karbon bazarı yaratmaq və karbon vahidlərinin bazar qiymətini müəyyən etmək barədə razılığa gələ bilərlər. Bu barədə bazar ertəsi Rusiya prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov bildirib.

“Karbon ticarəti nəhəng bazardır, lakin miqyasına və müxtəlifliyinə görə real şərait dərhal inkişaf etməyəcək. Bu, parçalanmadan və iştirakçıların tez bir zamanda razılığa gələ biləcəyi daha çox yerli seqmentlərin yaradılmasından sonra baş verəcək. Bizim üçün, əlbəttə ki, Avrasiya İqtisadi Birliyi ən yaxındır, lakin biz təkcə bu miqyasla məhdudlaşmamalıyıq. Ona görə də biz imkan daxilində BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində bazarın prototipini formalaşdıracağıq”, – Titov Bakıda keçirilən COP29 çərçivəsində “BRICS ölkələri biznesinin iqlim əməkdaşlığı - 2024 və perspektivlər” panelində deyib.

Onun sözlərinə görə, belə parçalanma karbon vahidlərinin uçotu üçün həqiqətən işlək standartlar yaratmağa deyil, həm də onların bazar qiymətini formalaşdırmağa imkan verəcək.
Titov vurğulayıb ki, hazırda bir karbon vahidinin qiyməti çox vaxt illüziya görünür. Xüsusilə, Avropa İttifaqı daxilində onun dəyəri şişirdilə bilər.
O qeyd edib ki, Qlobal Cənub ölkələri öz qanunları ilə vahid bazar mexanizmi kimi karbon vahidlərinin qlobal ticarətinə girsələr, bu, ticarətin maliyyə nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Putinin xüsusi nümayəndəsinin sözlərinə görə, qlobal karbon bazarı üçün standartlar artıq formalaşmağa başlasa da, bu bazarın real kommersiyalaşdırılması yalnız ümumi maraqları olan ölkələr arasında razılaşmalardan sonra baş verəcək.

“Bildiyiniz kimi, COP29-un ilk günündə bildirildi ki, iştirakçı ölkələr karbon vahidlərinin yaradılması və ticarəti qaydaları haqqında razılığa gəliblər (onların yaradılması zərurəti Paris İqlim Sazişinin 6.4-cü maddəsində bəyan edilib). Bəzi ekspertlər qlobal sertifikat bazarının işə salınmasının 2025-ci ildə baş tutacağını gözləyirlər”, - Titov bildirib.

Xatırladaq ki, Paris Sazişinin 6.4-cü maddəsi ölkələrə iqlim dəyişikliyinin azaldılması fəaliyyətlərindən faydalanmağa imkan verəcək istixana qazları emissiyalarının azaldılmasını təşviq etmək və davamlı inkişafı dəstəkləmək mexanizmini müəyyən edir. Paris İqlim Sazişi 2015-ci il dekabrın 12-də Parisdə İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 21-ci Konfransında qəbul edilib. Sənədi 175 ölkə, o cümlədən ABŞ, Çin və Rusiya imzalayıb. Noyabrın 11-22-də Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası keçirilir. Burada 80-ə yaxın dövlət və hökumət başçısı iştirak edir.
Azərbaycan BRİKS-ə qoşulmağa çalışır
Bu ilin avqustunda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirmişdi ki, Azərbaycan BRİCS-ə üzv olmaq üçün ərizə verib. Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavov qeyd edib ki, bununla maraqlanan dövlətlərin BRICS-ə tamhüquqlu üzvlük məsələsinə 2025-ci ildə baxılacaq.
BRİKS 2006-cı ildə Rusiya, Braziliya, Hindistan, Çin və daha sonra Cənubi Afrikanın iştirakı ilə yaradılmış dövlətlərarası birlikdir. 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı qrupa qoşulub.
Yanvarın 1-dən Rusiya Federasiyası təşkilata rəhbərlik edir və ədalətli qlobal inkişaf və təhlükəsizlik naminə çoxtərəfliliyin gücləndirilməsi devizi altında 200-dən çox tədbir təşkil edir. Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Texnoloji suverenlik və inteqrasiya: Aİİ oyun qaydalarını necə dəyişir