RUSİYA

ABŞ demokratlarının Mask-Rusiya əlaqəsi barədə fikirlərinə Moskvadan reaksiya

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova onu da əlavə edib ki, paralel olaraq demokratlar digər partiya üzvü olan Co Baydenin və onun ailəsinin korrupsiyası ilə bağlı araşdırmaya başlaya bilərlər.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-dan olan demokrat senatorlara partiya həmkarları Kennedinin qətlini araşdırmağı tövsiyə edib.
Diplomat ABŞ senatorlarının sahibkar İlon Maskın Rusiya ilə əlaqələrini araşdırmaq çağırışı ilə bağlı "Reuters" agentliyinin müvafiq yazısını belə şərh edib.
Bu barədə o, özünün "Telegram" kanalında məlumat verib.
"Mən demokrat senatorlara öz partiya həmkarı olmuş Prezident Kennedinin, eləcə də onun ailə üzvlərinin qətlini araşdırmağı tövsiyə edirəm... ABŞ rəsmiləri yarım əsrdir ki, guya söhbətin nədən getdiyini başa düşmürlər" - Zaxarova yazıb.
Diplomat onu da əlavə edib ki, paralel olaraq demokratlar digər partiya üzvü olan Co Baydenin və onun ailəsinin korrupsiyası ilə bağlı araşdırmaya başlaya bilərlər.
Daha əvvəl Mariya Zaxarova Rusiya XİN-də Avropa Problemləri Departamentinin yaranma səbəblərini açıqlamışdı.