SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Trampın prezidentliyi ABŞ və dünyaya nə vəd edir? PROQNOZ

Konfliktoloq Elman Vəliyev hesab edir ki, dünyada artıq bipolyar sistem çöküb.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Artıq on gündən çoxdur ki, bütün dünya gündəmini ABŞ-da keçirilən seçkilərin nəticəsi zəbt edib. Donald Tramp Demokratalara qarşı inamlı qələbə qazanaraq 4 illik fasilədən sonar yenidən Ağ Evə qayıdır. Trampın Ağ Evə qayıdışı isə dünyada geosiyasi və hərbi toqquşmaların kəskinliyinin kuliminasiya nöqtəsinə təsadüf edir. İndi Ağ Evin yeni rəhbəri hadisələrə yeni yanaşma gətirməyə məcburdur.
Konfliktoloq Elman Vəliyev hesab edir ki, dünyada artıq bipolyar sistem çöküb və multipolyar sistem uğrunda soyuq və qaynar mübarizə gedir. Konfliktoloq hesab edir ki, artıq siyasi arenada yeni aktorlar və yeni mübarizə üsulları meydana gəlib: “BRİCS, ŞANXAY, Çin, Hindistan qlobal güc olmaq yolunda məqsədləniblər. ABŞ yeni prezident fiquru ilə yeni strategiya həyata keçirəcək. Respublikaçıların qalib namizədi Tramp Bayden qədər geostrategiya və geosiyasətə aşina deyil”.
Elman Vəliyev Baydenin 4 illik fəaliyyət müddətinə də toxunub:

“Bayden NATO-nu genişləndirdi. Şimali Atlantika Alyansının sonuncu genişlənməsi onun dövründə baş verdi. Tramp isə bunu edə bilməyəcək. Onun əsas hədəfi İsraili genişləndirmək olacaq. Böyük İsrail layihəsi üçün daha spesifik və həlledici addımlar atılacaq. HƏMAS artıq çöküb. Qaldı kompromisə getmək vaxtıdır. Tramp Netanyahu ilə danışacaq və mütləq bölgəyə səfər edəcək. HƏMAS-a bildirəcək ki, tərksilah olun. HƏMAS-ın seçim şansı yoxdur. Bu həm də Mahmud Abbas üçün bir işıq olacaq”.

Konfliktoloqun proqnozuna görə, Trampın dövründə ABŞ güclənməyəcək: “Ehtimal edirəm ki, Tramp Rusiya ilə buzları əridəcək. Ukrayna münqaişəsi üçün bir-iki ssenari qalıb. Parçalanacaq, ya da kompromisə gediləcək. Fikrimcə kompromisə gediləcək. Trampın əli ilə (dominant vasitəçilik) konflikt yatırılacaqsa, beynəlxalq sülhqurucularına da yer veriləcək. Bunu bufer zona kimi təsəvvür edə bilərik.
Əgər Rusiya prezidenti Putin buna razılıq verərsə demək, Ukraynanın NATO-ya üzvlüyü suya düşmüş olacaq.
Bəs, Ukraynaya nə pay düşəcək? Ola bilsin ki, Rusiya ordusu tutduğu bəzi yerlədən çəkiləcək. Bəzi yerlərin silahsızlaşdırılmış zona olması da mümkündür. Ukrayna buna razı olmasa digər kompromis variantı qalır. Hər iki tərəf silahlı qüvvələri geri çəkir, Rusiya tutduğu bəzi mövqeləri tərk edir, Ukrayna isə bəzi əraziləri güzəştə gedir və Ukraynanın yenidən bərpa edilməsi üçün maliyyə dəstəyi verilir.
Konfliktoloq Elman Vəliyev
Elman Vəliyev Avropa üçün də təhlükələr mövcud olduğunu bildirir: “Tramp Qərbi özündən asılı salmağa çalışan biridir. Avropa İttifaqını təhlükə kimi qiymətləndirir. Əvvəlki hakimiyyət dövründə onun dağılması üçün cəhdlər etmişdi və düşünürəm ki, yeni prezidentlik zamanı da bu təkrarlanacaq. İttifaq daxilində fikir ayrılıqları genişlənib. Fransa Amerika təhlükəsinin yaxşı fərqindədir. Ukrayna müharibəsində ABŞ Avropanı müharibə alovuna atmağa səy göstərsə də, çox da uğurlu alınmadı. Aİ artıq yeni bazarlar axtarmağa, yeni tərəfdaşlar cəlb etməyə məhkumdur. Tramp administrasiyası İlon Mask kimi biznesmenlərə dəstək verir. Bu o deməkdir ki, yeni dünya texnologiya əs(i)ri olacaq. Artıq bundan sonra Maskı siyasi məsələlərdə də görə bilərik”.
“Tramp İranla yenə dialoqa girəcək. ABŞ-ın siyasi xətti əvvəlcədən hazırlanır. Prezidentlər sadəcə bunu həyata keçirəcək fiqurlardır. Hər fiqurla bir planı icra edirlər. İran ABŞ və İsraillə düşmən deyil. Onlar sadəcə düşmən obrazında olan ağacın budaqlarıdır. İran sionizmin körfəzdə olan siyasi islam qanadıdır. ABŞ üçün əsas potensial rəqib və təhlükə Çindir. Trampın əsas hədəfi Çin olmalıdır. Yox, əgər Çin hədəf deyilsə, deməli sionizm yeni aktor olaraq Çini seçib. Necə?
Yəhudilər öz maraqlarını həyata keçirmək üçün müxtəlif dövrlərdə fərqli dövlətlərdən istifadə edib. İngilis, Alman, ABŞ və sair. Bəlkə də, indi Çin olacaq.
Bunun bilməyin bir yolu qalır. Onu Trampın Çinə olan münasibəti bəlli edəcək. Amma ABŞ-ın gələcəyini sarsıtmaq istəmirsə, Çini rəqib görməlidir. Yeni dünya nizamında kiçik aktorlardan məharətlə istifadə ediləcək. «Qoşulmama Hərəkatı» neytrallıq üçün mühüm institutlaşma olsa da, “millətlərüstülük” səviyyəsinə çata bilməyib. Hərəkatın üzvləri kiçik aktorlardan(bir-ikisi istisna) ibarətdir! Kiçik aktorların əsas yolu balans siyasəti olacaq. Bunu bacarmayan məhvə məhkumdur”, - Elman Vəliyev fikirlərini yekunlaşdırıb.