BAKI, 16 noyabr — Sputnik. ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp nüfuzuna xələl gətirmiş yalan böhtana görə "The New York Times" qəzetindən və "Penguin Random House" nəşriyyatından 10 milyard dollar təzminat tələb edir.
Bu barədə "Columbia Journalism Review" Ağ evinn seçilmiş rəhbərinin vəkilinə istinadən xəbər verib.
Qeyd olunub ki, "bir vaxtlar "The New York Times" nüfuzlu nəşr hesab olunurdu, lakin o qayğısız günlər geridə qaldı".
Bundan əvvəl Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrellin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı İspaniya diktatoru Fransisko Franko ilə müqayisə etdiyi barədə məlumat verilmişdi.