İQTİSADİYYAT

Rusiyanın uran tədarükünə qadağa qoyması ABŞ enerjisinə zərbə vuracaq

Rusiya Federasiyası ABŞ-ın idxal etdiyi nüvə yanacağının, təxminən 35%-ni təmin edir.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Rusiyanın zənginləşdirilmiş uranın ABŞ-a tədarükünə müvəqqəti qadağası Amerikanın enerji sektoruna ağır zərbə vura bilər.
Bu barədə "Daily Wrap" yazıb.
Britaniya portalının qeyd etdiyi kimi, ölkənin enerji sektorunun normal fəaliyyəti Rusiya uranından çox asılıdır.
Resurs dəqiqləşdirib ki, Rusiya Federasiyası ABŞ-ın idxal etdiyi nüvə yanacağının, təxminən 35%-ni təmin edir.
Qeyd edək ki, noyabrın 15-də Rusiya hökuməti zənginləşdirilmiş uranın ABŞ-a ixracına müvəqqəti məhdudiyyətlər qoyub. Yeganə istisnalar Texniki və İxrac Nəzarəti Federal Xidməti tərəfindən verilmiş birdəfəlik lisenziyalar üzrə təchizatlar olub.
RF Nazirlər Kabineti dəqiqləşdirib ki, bu tədbirlər ABŞ tərəfinin 2024-2027-ci illər üçün tətbiq etdiyi məhdudiyyətlərə və 2028-ci ildən Rusiyadan uran məhsullarının idxalına qoyulan qadağaya cavab olaraq həyata keçirilib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bəyan etmişdi ki, resursların ixracına qoyulan məhdudiyyətlər Qərbin hərəkətlərinə məcburi cavabdır.