AZƏRBAYCAN XƏBƏRLƏRİ

Milli Məclis gələn ilin yaşayış minimumunu müzakirə edəcək

Noyabrın 18-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Milli Məclisdə 2025-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, "Yaşayış minimumu haqqında", "Ehtiyac meyarı haqqında" qanun layihələrinin müzakirələrinin başladığı gün məlum olub.
Parlamentin Əmək və sosial siyasət komitəsində müzakirələr noyabrın 21-də başlayacaq.
Xatırladaq ki, noyabrın 18-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq.
26.12.23, 12:52
Prezident gələn il üçün yaşayış minimumunu təsdiqlədi
2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.
Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" qanunu imzalayıb.
Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Prezident İlham Əliyev həmçinin Milli Məclisin dekabrın 5-də qəbul etdiyi "Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2024-cü il büdcəsi haqqında" və "İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında" qanunları təsdiq edib.
Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi bu illə müqayisədə 10,4 % çox – 6 919,9 milyon manat təşkil edəcək. 2024-cü ildə işsizlikdən Sığorta Fondunun (İSF) büdcəsi isə 2023-cü ilə nisbətən 9,3 % çox – 238 milyon manat olacaq.