RUSİYA

Lavrov: "Rusiya Ukraynada münaqaşənin həlli ilə bağlı Trampdan təkliflər gözləyəcək"

Donald Tramp Ukrayna münaqişəsinin bir gündə həllinə nail ola biləcəyini bildirmişdi.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Ukrayna münaqişəsini necə həll etmək niyyətində olduğunu bilmir.
Bu barədə "RİA Novosti" yazıb.
Sergey Lavrov bildirib ki, Rusiya ABŞ siyasətçisindən təkliflər gözləyəcək.
"Biz dəqiq nəyin təklif olunacağını bilmirik. Bizim mövqeyimiz isə bu il iyunun 14-də Rusiya Xarici İşlər Nazirliyində prexident Putinin çıxışı zamanı açıq şəkildə ifadə edilib" - Rusiya XİN rəhbəri bildirib.
Bundan əvvəl Donald Tramp Ukrayna münaqişəsinin bir gündə həllinə nail ola biləcəyini bildirmişdi. Bundan əlavə, onun sözlərinə görə, döyüşlər o, rəsmən prezident kimi fəaliyyətə başlamazdan əvvəl bitəcək.
Eyni zamanda, Kiyev rejiminin başçısı Vladimir Zelenski Donald Tramp administrasiyasının Ukraynadakı münaqişənin sona çatmasını sürətləndirə biləcəyini ehtimal edib.