RUSİYA

Vladimir Putin və İlham Əliyev razılığa gəldilər

Liderlər telefon danışığında sənaye kooperasiyası və nəqliyyat sahəsində bir sıra qarşılıqlı faydalı layihələrin praktiki həyata keçirilməsini müzakirə ediblər.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Elvin Səlimov. Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışıb olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər telefon danışığında sənaye kooperasiyası və nəqliyyat sahəsində bir sıra qarşılıqlı faydalı layihələrin praktiki həyata keçirilməsini müzakirə ediblər.

"Vladimir Putinin avqustda Azərbaycana dövlət səfəri zamanı əldə olunmuş razılaşmalar, habelə Rusiyanın baş naziri Mixail Mişustinin Bakıda son təmasları nəzərə alınmaqla sənaye əməkdaşlığı və nəqliyyat sahəsində bir sıra qarşılıqlı faydalı layihələrin praktiki həyata keçirilməsi məsələlərinə toxunulub. Rusiya-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyinin gələcək hərtərəfli inkişafında qarşılıqlı maraq bir daha təsdiqlənib", - məlumatda bildirilir.

Tərəflər həmçinin müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.