RUSİYA

Rusiya XİN HƏMAS əsirliyində olan rusiyalılarla bağlı çağırış edib

Noyabrın 13-də sosial şəbəkələrdə HƏMAS girovluğunda olan Rusiya və İsrail vətəndaşı Aleksandr Trufanovun videomüraciəti yayılıb.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Moskva Fələstin təşkilatlarının əlində olan bütün insanları, ilk növbədə rusiyalılar Aleksandr Trufanov Maksim Xarkini dərhal azad etməyə çağırır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Noyabrın 13-də sosial şəbəkələrdə HƏMAS girovluğunda olan Rusiya və İsrail vətəndaşı Aleksandr Trufanovun videomüraciəti yayılıb.
Zaxarova qeyd edib ki, bu gün yüzdən çox insan HƏMAS əsirliyindədir.

"Biz günahsız insanların əsir götürülməsi və uzunmüddətli məcburi saxlanmasını qəbuledilməz sayırıq. Fələstin təşkilatları həmyerlilərimiz Aleksandr Trufanov və Maksim Xarkini, o cümlədən bütün mülki şəxsləri dərhal və qeyd-şərtsiz azad etmək çağırışımızı təkrar edirik", - Zaxarova bildirib.

7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavı tam blokadaya aldığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 43 mindən insan həlak olub, 100 mindən çox insan yaralanıb. Qəzza zolağı faktiki olaraq cənub və şimal hissələrə bölünüb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.