RUSİYA

Putinin çıxışı Qərbə kəskin mesaj oldu - Ekspert

Rusiya prezidentinin açılış nitqi təxminən bir saat davam edib və müasir dünya nizamının problemlərinə həsr olunub.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putinin Valday Forumunda çıxışı Qərbə kəskin mesaj oldu. Bunu Helsinki Universitetinin professoru və geosiyasi ekspert Tuomas Malinen sosial şəbəkədə yazıb.

"Mesaj aydın idi. Kreml Qərbin ikiüzlülüyündən və müharibə qızışdırıcılığından bezib, lakin dinc yanaşı yaşamağa sadiqdir", - o qeyd edib.

Rusiya prezidenti ötən həftə "Valday" beynəlxalq diskussiya klubunun iclasında çıxış edib. Putinin açılış nitqi təxminən bir saat davam edib və müasir dünya nizamının problemlərinə həsr olunub.
Rusiya prezidenti bəyan edib ki, formalaşmaqda olan çoxqütblü dünyada itirən ölkə və xalqlar olmamalıdır, heç kim özünü zəif və alçaldılmış hiss etməməlidir. Sonra Rusiya lideri ekspertlərin suallarını cavablandırıb. İclasda prezidentin tam çıxışı 4 saat 8 dəqiqə davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.