BAKI, 15 noyabr - Sputnik. İndoneziya, Malayziya və Tailand BRİKS-in tərəfdaş ölkələri oldular. RİA Novosti xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
“BRICS-in Kazanda keçirilən sammiti qlobal əksəriyyətin ədalətli dünya nizamı qurmaq, qlobal institutlarda islahatlar aparmaq və bərabər iqtisadi əlaqələr qurmaq istəyini nümayiş etdirdi. Ticarət, investisiya, süni intellekt, enerji və iqlim, logistika sahələrində möhkəm sazişlər paketi bağlanıb. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatındakı (APEC) həmkarlarımız - İndoneziya, Malayziya, Tailand assosiasiyanın tərəfdaşları oldular”, - Pankin APEC ölkələrinin iqtisadiyyatlarının xarici işlər və ticarət nazirlərinin birgə iclasında bildirib.
O əlavə edib ki, Asiya-Sakit Okean ölkələrinin iqtisadiyyatlarının Rusiyanın xarici ticarətindəki payı artıq 70%-ə çatıb və ödənişlərin demək olar ki, 90%-i milli valyutalarla həyata keçirilir.
Nazir müavini vurğulayıb ki, enerji təhlükəsizliyi müasir inkişafın sütunlarından biridir.
“Biz APEC regionunun enerji resurslarının fasiləsiz təchizatını təmin edirik. Əminik ki, aşağı karbon mənbələrinə keçid daxili prioritetlər və texnoloji imkanlar nəzərə alınmaqla ədalətli olmalıdır. Təbiət və iqlim qayğısı haqsız rəqabət alətinə çevrilməməlidir”, - Pankin qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.