DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Minsk Aİ-də belaruslara və rusiyalılara qarşı qəddar münasibətdən narahatdır

Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Maksim Rıjenkov Aİ-nin bir sıra ölkələrində Belarus, Rusiya və Ukraynadan olan qanuni miqrantlara qarşı laqeyd, təhqiramiz, kobud münasibətdən söhbət açıb.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Minsk Avropa İttifaqının (Aİ) bir sıra ölkələrində Belarus, Rusiya və Ukraynadan olan qanuni miqrantlara qarşı qəddar münasibət mövzusunu qaldırmaq niyyətindədir. Bunu Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Maksim Rıjenkov bildirib.

"Yaxın gələcəkdə qaldıracağımız başqa bir mövzu, ayrı-ayrı Aİ ölkələrində Belarus, Rusiya və Ukrayna vətəndaşı olaraq qalan qanuni miqrantlara qarşı laqeyd, təhqiramiz, kobud münasibət mövzusudur. Bu insanları döyür, öldürür, zorlayır, təhqir edirlər, məktəbdə uşaqlarını bullinqə məruz qoyurlar", - Rıjenkov qeyri-qanuni miqrasiya ilə mübarizə mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Nazir vurğulayıb ki, "beynəlxalq hüquqda ksenofobiya, irqi üstünlük və dil, dini və milli fərqlərə əsaslanan ayrı-seçkilik kimi bu cür hərəkətlərin çox dəqiq tərifi var".
Diplomat əlavə edib ki, bu mövzu başqa konfransda müzakirə oluna bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.