COP29

Cinayətkarlıqla mübarizədə məqsədlərimiz üst-üstə düşür - Krasnov

Rusiya Federasiyasının baş prokuroru Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin rəhbəri Seif Bin Zayed Al Nahyan ilə görüşüb.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. BƏƏ ilə birlikdə cinayət mənşəli aktivlərin qaytarılması sahəsində BRİKS ölkələrinin prokurorluq xidmətləri arasında qarşılıqlı fəaliyyət üzrə təşəbbüs hazırlanır. Bunu Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov bildirib.
Krasnov Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin rəhbəri Seif Bin Zayed Al Nahyan ilə görüşdə deyib:

"Əmirliklə birlikdə biz BRİKS ölkələrinin prokurorluq xidmətləri arasında cinayət mənşəli aktivlərin qaytarılması sahəsində əməkdaşlıq haqqında çoxtərəfli sazişin bağlanması təşəbbüsü üzərində işləyirik".

O, həm ikitərəfli, həm də müxtəlif beynəlxalq platformalarda, o cümlədən BRİKS və G20-də əlaqələrin artırılmasının vacibliyini qeyd edib.

"Mən əminəm ki, cinayətkarlıqla mübarizədə məqsədlərimiz üst-üstə düşür, ona görə də biz uzunmüddətli konstruktiv əməkdaşlığa hazır olduğumu bildirirəm", - Rusiya Federasiyasının Baş Prokuroru bildirib.

Xatırladaq ki, Rusiyanın baş prokuroru İqor Krasnov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyəli plenar iclasında iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib.
Səfər çərçivəsində İ.Krasnov xarici həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirib.
Heyətin COP29-da iştirakda məqsədi ətraf mühitə təsir göstərən cinayətlərlə mübarizədə hüquq-mühafizə orqanlarının potensialının artırılmasının vacibliyini vurğulamaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.