COP29

Bu il ekoloji cinayət törədənlər 400 milyard rubl cərimələnib - Krasnov

Rusiya Baş prokuroru bildirib ki, prokurorluq orqanları hər il ekoloji sahədə 300 minə qədər qanun pozuntusunun qarşısını alır.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Bu il Rusiya prokurorları ətraf mühitə dəymiş ziyana görə kompensasiya olaraq 400 milyard rubldan çox vəsait əldə ediblər. Bunu Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov COP29 çərçivəsində hüquq-mühafizə orqanlarının nümayəndələrinin plenar iclasında çıxışında deyib.

"Bu il ekoloji cinayət törədənlər 400 milyard rubl cərimələnib ki, bu da təxminən 4 milyard ABŞ dolları deməkdir", - Krasnov bildirib.

Onun sözlərinə görə, prokurorluq orqanları hər il ekoloji sahədə 300 minə qədər qanun pozuntusunun qarşısını alır, meşələrin qanunsuz kəsilməsi və məhv edilməsi, meşələrin çirklənməsi, havanın, su obyektlərinin və yerin təkinin, habelə bioloji ehtiyatların qanunsuz çıxarılması ilə bağlı 15 mindən çox cinayət işi üzrə cinayət təqibi və hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsini həyata keçirir.
Krasnov əlavə edib ki, 2 mindən çox belə iş yoxlamalar əsasında başlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.