COP29

Azərbaycan və Rusiya baş prokurorları görüşüb

Krasnov elektron sübutlarla iş üzrə seminarda iştirak etmək üçün Rusiya nümayəndələrini Azərbaycana göndərməyə hazır olduğunu bildirib.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Azərbaycan baş prokuroru Kamran Əliyevin rusiyalı həmkarı İqor Krasnovla görüşü baş tutub. Krasnov görüşdə hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizəsinin aktivləşdirilməsi üzrə Bakının təşəbbüsünün Rusiyanın bu sahədə siyasətinə tam uyğun gəldiyini qeyd edib.
Həmçinin Xəzərin qorunması üzrə səylərin birləşdirildiyi bildirilib.
Krasnov elektron sübutlarla iş üzrə seminarda iştirak etmək üçün Rusiya nümayəndələrini Azərbaycana göndərməyə hazır olduğunu bildirib.

"Bizim belə təcrübəmiz azdır və biz azərbaycanlı həmkarlarımızın təcrübəsi ilə maraqlanırıq, həmçinin nümayəndələrimiz Azərbaycan prokurorları üçün treninqlər keçirə bilərlər", - Krasnov bildirib.

Xatırladaq ki, Rusiyanın baş prokuroru İqor Krasnov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyəli plenar iclasında iştirak etmək üçün Azərbaycana işgüzar səfərə gəlib.
Səfər çərçivəsində İ.Krasnov xarici həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirib.
Heyətin COP29-da iştirakda məqsədi ətraf mühitə təsir göstərən cinayətlərlə mübarizədə hüquq-mühafizə orqanlarının potensialının artırılmasının vacibliyini vurğulamaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.