BAKI, 14 noyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan öz imicini dəyişmək qərarına gəlib. Belə ki, o, 6 ildən sonra ilk dəfə bığ və saqqalını qırxıb.
Bu barədə məlumat sosial şəbəkələrin Ermənistan seqmentində paylaşılıb.
Öz sosial şəbəkə hesabında yaydığı videoda Paşiyan əvvəlcə saqqallı görünür, bir müddət sonra isə təmiz qırxılmış sifətini dəsmalla silə-silə təraş otağından çıxır.
O, təraş olmuş halı ilə videokameraya göz vurur.
Baş nazir imic dəyişikliyi barədə videosunu bu sözlərlə paylaşıb: “Salam, boz saqqal”.
Qeyd edək ki, Paşinyan 2018-ci ildə Ermənistanda o vaxtkı baş nazir Serj Sarkisyanın istefasından sonra onu hakimiyyətə gətirən etiraz aksiyaları fonunda saqqal saxlamışdı.