DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Meta" Instagram və WhatsApp-ı itirə bilər

Şirkət sosial media bazarına hakim olmaqda ittiham olunur.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Meta* "Instagram" sosial şəbəkəsini və "WhatsApp" messencerini antiinhisar qanunvericiliyinin pozulmasına görə itirə bilər.
"The Verge" bu barədə xəbər verib.
Şirkət bu platformaları aldıqdan sonra sosial media bazarına hakim olmaqda ittiham olunur.
"Meta" 2020-ci ildə ABŞ Federal Ticarət Komissiyası (FTC) tərəfindən məhkəməyə verilib. Məhkəmə əvvəlcə iddianı rədd edib, lakin FTC iddianı dəyişdirib. İkinci cəhddə iddia qəbul edilib. Hazırda şirkət məhkəmə prosesində iştirak etməli olacaq. Bu proses zamanı "Meta"dan platformaların alınmasından yaranan rəqabətə potensial zərəri azaldacaq tədbirlər görməsi tələb oluna bilər.
Əvvəllər bildirilmişdi ki, "Meta" yemək talonlarından sui-istifadə etdiyinə görə onlarla işçini işdən çıxarıb.
* Instagram-ın sahibi olan "Meta" şirkəti Rusiya Federasiyasında ekstremist kimi tanınıb və qadağan edilib.