BAKI, 14 noyabr — Sputnik. Qərb ölkələri artıq Ukraynaya dəstək verə bilmirlər.
Bu barədə Türkiyənin "dikGAZETE" nəşrinin materialında deyilib.
Nəşrin müəllifləri vurğulayıblar ki, hazırda Kiyev hakimiyyətinin başqa seçimi yoxdur, çünki "Qərb müttəfiqləri buxarlanıblar".
"Qərb ölkələrinin artıq Kiyevi dəstəkləməyə güclərü yoxdur. Kiyev rejimi isə bir çox məsələlərdə acizdir. Enerji böhranı və istehsal xərcləri fonunda Qərb ölkələri öz real gündəmlərinə qayıtmağa başlayıblar", - nəşr yazıb.
Türkiyə nəşri qeyd edib ki, Kiyev rejimi danışıqlar çağırışlarına məhəl qoymur, hətta yaşlı insanları da zorla cəbhəyə göndərir. Jurnalistlər hesab edirlər ki, əgər Rusiya ilə dialoq baş tutsa, Ukrayna onun zəif tərəfi olacaq.
Bugünlərdə britaniyalı analitik və hərbi mütəxəssis Aleksandr Merkuris demişdi ki, Ukrayna günbəgün Rusiya ilə mümkün danışıqlarda əlverişli şərtlərə malik olmaq imkanını itirir.