DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyada Lavrovun "Şimal axını"na hücumla bağlı sözləri ilə razılaşıblar

Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimayer qeyd edib ki, hökumət məlumatların açıqlanmasının müəyyən müttəfiqlə, yəni ABŞ-la münasibətlərə təsir edə biləcəyindən narahatdır.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimayer Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Almaniya hakimiyyətinin "Şimal axını"na hücumla barışdığına dair bəyanatında haqlı olduğunu bildirib.
Nimayer xatırladıb ki, Bundestaqın deputatı Sara Vaqenknex daha əvvəl Almaniya hökumətindən qaz kəmərlərinə hücumla bağlı məlumat istəyib, lakin rəsmi Berlin bu məlumatı açıqlamaqdan imtina edib.
Nimayerin sözlərinə görə, hökumət məlumatların açıqlanmasının müəyyən müttəfiqlə, yəni ABŞ-la münasibətlərə təsir edə biləcəyindən narahatdır. Onun fikrincə, bu imtina öz sözünü deyir və o hesab edir ki, Almaniya hakimiyyəti faktiki baş verənlərdən tam xəbərdardır.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın "Şimal axını"nın "rüsvayçı şəkildə" məhv edilməsini biabırçı şəkildə qəbul etdiyini bildirib.