BAKI, 13 noyabr — Sputnik. Noyabrın 13-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 13-də kimlər anadan olub?
Əbülfəs Qarayev (1956) - 30 yanvar 2006-cı ildən 21 may 2020-ci ilə qədər Azərbaycanın mədəniyyət naziri olub.
Coakkino Rossini (1792-1868) - İtaliya bəstəkarıdır. Onun ən məşhur əsərləri "Sevilya bərbəri", "Musa Misirdə" və "Otello" operalarıdır.
Aleksandr Vişnevski (1874-1948) - Rusiya və Sovet cərrahı, akademik və SSRİ-də geniş istifadə olunan "Vişnevski" dərman məlhəminin yaradıcısıdır.
Aleksandr Vişnevski
© Sputnik / В. Володкин
Vupi Qoldberq (1955) - amerikalı aktrisa, yazıçı, prodüser və televiziya aparıcısıdır. O, "Oskar", "Qremmi", "Emmi" və "Toni" kimi ABŞ-ın dörd əsas nüfuzlu mükafatına layiq görülən bir neçə məşhurdan biridir.
Vupi Qoldberq
© AP Photo / REED SAXON
Cerard Batler (1969) - Böyük Britaniya aktyorudur. O, "Opera kabusu", "300 spartalı" və s. kimi filmlərdəki rolu ilə məşhurlaşıb.
Olqa Orlova (1977) - Rusiya müğənnisi, aktrisası və teleaparıcısıdır. O, "Blestyaşiye" pop qrupunun ilk üzvlərindən biridir.
13 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1758-ci ildə Rusiyada 1-ci Moskva Tibb İnstitutu (indiki İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universiteti) yaradılıb.
1805-ci ildə Vyanalı qəssab İohann Laner "frankfurter" adlandırdığı sosiskanı icad edib.
1851-ci ildə London və Paris arasında teleqraf xidməti fəaliyyətə başlayıb.
1872-ci ildə L.N.Tolstoyun "Azbuka" ("Əlifba) kitabının ilk nəşri çap olunub.
1913-cü ildə Yunanıstan-Türkiyə sülh müqaviləsi bağlanıb.
1917-ci ildə Bakıda polis orqanları ləğv edilib, əvəzində Sovet milisinin təşkil edilməsi barədə Bakı soveti tərəfindən qərar qəbul edilib.
1921-ci ildə Moskvada Vaxtanqov adına Akademik Teatrın əsası qoyulub.
1984-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Beynəlxalq Korlar Günü təsis edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.