Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ çərçivəsində sıx koordinasiyanı davam etdirmək niyyətindədir. Bu mövzu Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanının vəliəhdi, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Əl Səud arasında telefon danışığında müzakirə olunub.
“OPEC+-da sıx koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb, qlobal enerji bazarında tarazlığın təmin edilməsi üçün bu formatda atılan addımların effektivliyi və vaxtında olması qeyd edilib" - Kremlin məlumatında deyilir.
Bundan əlavə, tərəflər Fələstin-İsrail münaqişəsi zonasındakı çətin vəziyyəti müzakirə ediblər. “Fələstin-İsrail münaqişəsi zonasındakı çətin vəziyyət müzakirə edilib”, - bəyanatda deyilir. Kreml “Rusiya və Səudiyyə Ərəbistanının Yaxın Şərq nizamlanması ilə bağlı fundamental yanaşmalarının praktiki olaraq üst-üstə düşdüyünü” vurğulayıb.
Rusiya prezidenti və Səudiyyə şahzadəsi şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər. Kreml həmçinin qeyd edib ki, tərəflər Kazanda uğurlu BRİKS sammiti ilə bağlı fikir mübadiləsi aparıblar.