BAKI, 13 noyabr - Sputnik. Ermənistan rəsmiləri Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün ərizə təqdim etməyiblər.
Xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın Bakıda keçiriləcək iqlim sammitində iştirak etmək üçün qeydiyyatdan keçməsi, lakin gəlməməsi barədə bəyanatını belə şərh edib.
Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Bakıda keçirilən COP29 iqlim sammitində iştirak etməməsini “qaçırılmış fürsət” adlandırıb.
"Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün heç bir məmur ərizə təqdim etməyib. İstisna etmirəm ki, bunu vətəndaş cəmiyyəti nümayəndələri edə bilərdi, amma bu barədə heç nə bilmirəm.Əgər biz hələ də bundan danışırıqsa, deməli, Ermənistan demokratik ölkədir və hökumətin vətəndaş cəmiyyəti təşkilatlarına nəzarət etmək üçün nə istəyi, nə də rıçaqları var" - Mirzoyan deyib.
Sputnik Ermənistan-ın qeydinə görə, bundan əvvəl Ermənistan mətbuatı İrəvanın Bakı həbsxanalarındakı erməni məhbusların azad edilməsi şərtilə sammitdə iştirak edəcəyini yazıb. Rəsmilər bunu təsdiqləməsələr də, Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, əgər məhbuslar qaytarılacaqsa və ya başqa müsbət qərarlar olacaqsa, Ermənistanın COP29-da iştirakı mütləqdir. Simonyan həmçinin bildirib ki, oktyabrda Kazanda keçirilən BRİKS+ sammitində Paşinyan və Əliyev məhbuslar məsələsini müzakirə ediblər.
Prezident İlham ƏliyevBelçikanın Baş naziri Aleksandr De Kro ilə görüşdə vurğulayıb ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə COP29 çərçivəsində jurnalistlərə açıqlamasında Ermənistanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməməsinə təəssüfünü bildirib.
Prezidentin köməkçisi deyib ki, Azərbaycan konvensiyanın üzvü olaraq bütün tərəflərə dəvət göndərib.
"Ermənistan qeydiyyatdan keçsə də, hələ onlar tərəfindən nümayəndələrin iştirakı barədə məlumat daxil olmayıb. Əgər Ermənistan tərəfi özü bu tədbirdə iştirak etmirsə, bundan başqa, regional əməkdaşlıqdan, ölkələrarası təmasdan danışırsa, bu, bir daha onu göstərir ki, Ermənistan bu kimi hallardan istifadə edərək yalnız özünün birtərəfli təbliğatına çalışır. Amma düşünürük ki, Ermənistan tərəfi konvensiyanın üzvü kimi dəvət almışdı və tərəf kimi də tədbirdə iştirak edə bilərdi. Hər bir halda Ermənistanın öz qərarıdır. Təkrar qeyd etmək istərdim ki, Azərbaycan konvensiyanın üzvü olaraq öz üzərinə düşən məsuliyyəti tam şəkildə yerinə yetirib və bütün dövlətlərin lazımi, zəruri və nəticəyönümlü müzakirələr aparması üçün tam şərait yaradıb. Lakin Azərbaycana qarşı əks təbliğat kampaniyasında Ermənistan və onunla əlaqəli dairələr yaxından iştirak edirlər" - H.Hacıyev qeyd edib.
31.08.24, 22:00
Nikol Paşinyan noyabrda Bakıya gəlib-gəlməyəcəyi barədə sualı cavablandırdı
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında iştirakım həmin dövrdə formalaşacaq vəziyyətlə əlaqəli olacaq.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
O hələ bu barədə yekun qərar vermədiyini sözlərinə əlavə edib.
Qeyd edək ki, Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici jurnalistlərə bildirib ki, İrəvana rəsmi dəvət göndərilib.
"Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib". O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir. Prezidentinin köməkçisi əlavə edib ki, COP29 qlobal səydir və həlledici danışıqlar "Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır". "İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır" - H.Hacıyev vurğulayıb.
24.07.24, 12:06
Nikol Paşinyan Bakıya gələcək?
Ermənistanın baş naziri Nikol Paşinyan avqustda keçirəcəyi mətbuat konfransında ölkəsinin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakına dəvət məsələsinə toxunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Hraparak" qəzetinə Ermənistan hökumətinin İnformasiya və ictimaiyyətlə əlaqələr İdarəsindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda xarici jurnalistlərə deyib. H.Hacıyev bildirib ki, İrəvana rəsmi dəvət göndərilib.
"Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib". O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir. Prezidentinin köməkçisi əlavə edib ki, COP29 qlobal səydir və həlledici danışıqlar "Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır". "İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır" - H.Hacıyev vurğulayıb.
21.07.24, 20:00
Azərbaycan Ermənistanı rəsmən COP29-a dəvət edib
Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda xarici jurnalistlərə deyib.
H.Hacıyev bildirib ki, İrəvana rəsmi dəvət göndərilib:
“Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib”.
O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir.
Prezidentinin köməkçisi əlavə edib ki, COP29 qlobal səydir və həlledici danışıqlar “Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır”.
"İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır", - H.Hacıyev vurğulayıb.
11.12.23, 20:03
COP29 gələn il Azərbaycanda keçiriləcək
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası gələn il Azərbaycanda keçiriləcək.
"Report" xəbər verir ki, bunu COP28-in yekun sessiyasının plenar iclasında COP28-in prezidenti Sultan Əl-Cabir deyib.
COP28 konfransında, həmçinin Azərbaycanın zəngin mədəniyyəti və tarixinin təqdimatı nümayiş olunub.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.