BAKI, 12 noyabr — Sputnik. Prezident Vladimir Putin Rusiyanın uşaq oyuncaqlarının müsabiqəsinin təşkili barədə göstəriş verib. Müsabiqə yaxın vaxtlarda təşkil edilcək.
Bunu Rusiya Prezident Administrasiyasının birinci müavini Sergey Kiriyenko bildirib.
"Artıq aydındır ki, bir neçə istiqamət olacaq: oyuncaq, stolüstü oyun, konstruksiya dəsti, cizgi filmi personajı" - o, "Bilik. Birinci" maarifləndirici marafonunda jurnalistlərlə söhbəti zamanı izah edib.
Kiriyenko diqqəti ona yönəldib ki, bu gün yerli uşaq malları mağazaları əsasən xarici brendlərin məhsulları, xarici film və cizgi filmlərinin personajları ilə doludur.
"Biz öz qəhrəmanlarımızı təbliğ etməyi öyrənməliyik, xüsusən də nəzərə alaq ki, Rusiyanın özünəməxsus mədəniyyəti və ənənələri var" - Kiriyenko sözünü yekunlaşdırıb.
Daha əvvəl Vladimir Putin bildirmişdi ki, Rusiya Federasiyası və Çin 20-ci əsrin ikinci yarısında mövcud olmuş "İntervision"a bənzər mahnı müsabiqəsinin yaradılması imkanını müzakirə edirlər.