BAKI, 12 noyabr - Sputnik. Avropanın təcrübəli və ağıllı liderlərini yüksək heysiyyəti olan qeyri-şəxslər əvəz edib. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev avropalıların Rusiya ilə münaqişəni dönməz fazaya çəkmək istəyini şərh edərkən yazıb.
Rusiyalı siyasətçinin fikrincə, “pis ssenari” daha çox ehtimal olaraq qalır.
Medvedev Telegram kanalında yazıb ki, avropalı siyasətçilərin məqsədi Rusiya ilə münaqişəni dönməz fazaya çəkməkdir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Avropa siyasətçilərinin indiki nəslinin müharibəni öz ərazilərinə nə dərəcədə sürükləmək istəməsinə təəccüblənib.
“Avropanın təcrübəli və sadəcə ağıllı liderləri tarixə çevriliblər. Bu o deməkdir ki, pis ssenari ən böyük ehtimal olaraq qalır”, - Medvedev yazıb.
D.Medvedev avropalı siyasətçilərin Kiyevə əlavə dəstəyin zəruriliyi ilə bağlı bəyanatlarını “payız kəskinləşməsi” adlandırıb və onların hərəkətlərini ABŞ prezident seçkilərində Donald Trampın qələbəsi ilə əlaqələndirib.
“Trampın qələbəsindən sonra Avropa liderləri payızda gərginləşməyə başlayıblar. Məqsəd Rusiya ilə münaqişəni dönməz fazaya çəkməkdir. Ya fransalı ABŞ-nin geri çəkiləcəyi təqdirdə Kiyevi dəstəkləyəcəyi barədə banlayır, ya NATO rəhbərləri bizimlə müharibəni daha fəal şəkildə necə aparacaqları barədə "ağıllı" danaışır”, - Medvedev Telegram kanalında yazıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merzin Rusiya xüsusi hərbi əməliyyatı dayandırmayacağı təqdirdə Kiyevə “Taurus” raketləri göndərəcəyi ilə bağlı bəyanatına da münasibət bildirib.
“Aydındır ki, bu cür “ultimatumlar” seçkiqabağı xarakter daşıyır”, - Medvedev vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.