BAKI, 12 noyabr - Sputnik. Polşa Respublikasının Prezidenti Andjey Duda noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və digər rəsmi şəxslər qarşılayıblar.
Moldova Respublikasının Prezidenti xanım Maya Sandu da noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
***
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və digər rəsmi şəxslər qarşılayıblar.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer, Kipr Respublikasının Prezidenti Nikos Kristodulides, Danimarkanın Baş naziri Mette Frederiksen, İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançez, Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi də ölkəmizə təşrif buyuran qonaqlar arasındadır.
11.11.24, 19:55
Dünyanın əksər ölkələrinin liderləri BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP29) iştirak etmək üçün Azərbaycanın paytaxtına gəliblər.
Macarıstanın Baş naziri Viktor Orban BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev, ölkəmizin Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Albaniya Respublikasının Baş naziri Edi Ramada COP29-da iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycana səfərə gəlib. Onu Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
COP29-a qatılmaq üçün Azərbaycana gələnə liderlər arasında İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Finlandiya Prezidenti Aleksandr Stubb, Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska DavkovaƏl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib, Nepalın Prezidenti Ramçandra Paudel, Seyşel Adaları Respublikasının vitse-prezidenti Əhməd Afif Didi, Efiopiya Prezidenti Taye Atske Selassie, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Monteneqro Prezidenti Yakov Milatoviç, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Belçika Krallığının Baş naziri Aleksandr De Kro, Qananın Prezidenti Nana Addo Dankua Akufo-Addo, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo, Zimbabve Respublikasının Prezidenti Emmerson Dambudzo Mnanqaqva, San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada, Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxi və başqaları var.
Konqo Prezidenti də gəlib
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
Slovakiya prezidenti Bakıda
Slovakiya Prezidenti Peter Pelleqrini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.
Vuçiç də gəlib
Serbiya Prezidenti Aleksandar Vuçiçin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycana səfəri başlayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.
Lukaşenko Bakıda
Belarus Prezidenti Aleksandr Lukaşenko BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya işgüzar səfərə gəlib.
Bu barədə BELTA məlumat yayıb.
A.Lukaşenko çıxışında iqlim dəyişikliyi və beynəlxalq ictimaiyyətin bu sahədə meydana çıxan çağırışların həlli üçün görməli olduğu tədbirlərlə bağlı gündəlikdə duran məsələlərlə bağlı Belarusun milli mövqeyini açıqlayacaq.
Həmçinin sammit çərçivəsində prezident xarici həmkarları ilə bir sıra görüşlər keçirəcək və danışıqlar aparacaq.
BMT-nin Baş katibi Bakıya gəlib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.