BAKI, 12 noyabr - Sputnik. Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının ikinci günü keçirilir.
Sessiya Azərbaycanda bu səviyyəli ən böyük tədbirdir.
COP29 çərçivəsində dünya liderlərinin iqlim sammiti təşkil olunub.
Bəyan edilmiş məqsədlər fonunda Azərbaycan 2024-cü ili “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edib və 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35%, 2050-ci ilə qədər isə 40% azaltmaq niyyətindədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.