BAKI, 12 noyabr - Sputnik. Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının ikinci günü başa çatıb. Sessiya Azərbaycanda bu səviyyəli ən böyük tədbirdir.
COP29 çərçivəsində iqlim dəyişikliyi üzrə dünya liderlərinin sammiti keçirilib.
Sammitin açılışında Azərbaycan prezidenti İlham Əliyev və BMT-nin baş katibi Antonio Quterreş çıxış ediblər. Həmçinin, COP29 iştirakçı ölkələrinin başçıları iqlim gündəliyi ilə bağlı fikirlərini bölüşüblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.