COP29

Azərbaycan tərəfi Ermənistanla sülh danışıqlarını sona çatdırmaqda israrlıdır - Bayramov

Azərbaycan XİN rəhbəri bildirib ki, Ermənistanla sülh sazişi layihəsinin əsas maddələri razılaşdırılıb.
Sputnik
BAKI, 12 noyabr - Sputnik. Azərbaycan COP-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə olduğu kimi, Ermənistana da dəvət göndərib. Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onların COP29-da iştirakını müşahidə etməmişik. Hesab edirik ki, bu da onlar üçün itirilmiş bir fürsətdir", - nazir bildirib.

Azərbaycan diplomatiyasının rəhbəri bildirib ki, Azərbaycan Ermənistanla sülh danışıqları prosesinin təşəbbüskarıdır. Onun sözlərinə görə, Azərbaycan tərəfi Ermənistanla sülh danışıqlarını sona çatdırmaqda israrlıdır.

“Bu, hər iki tərəfdən asılı olan bir prosesdir”, - nazir vurğulayıb.

Nazir həmçinin bildirib ki, Ermənistanla sülh sazişi layihəsinin əsas maddələri razılaşdırılıb.

"Mən indi rəqəmlər səsləndirmək istəmirəm, ancaq hələ razılaşdırılası vacib olan maddələr var", - nazir qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.