BAKI, 11 noyabr - Sputnik. Bakı şəhərinin sakinləri bulvarda qarşılaşdıqları qeyri-adi mənzərədən şoka düşüblər. Belə ki, Bakı bulvarının sahilində nəhəng balina peyda olub.
Sonradan məlum olub ki, o, əsl dəniz nəhəngi deyil, məharətlə işlənmiş sənət əsəridir.
Hazırda Bakıda Dənizkənarı bulvarda ölmüş balinanın maketi nümayiş etdirilir. Bu bir Kapita Bumer əsəridir. Söhbət Belçika incəsənət kollektivi “Captain Boomer”in qeyri-adi hiperreal instalyasiyasından gedir. İncəsənət qrupu ekoloji sistemin məhvi haqqında məlumatlılığı artırmaq üçün ölü balinanın real modelini yaradıb.
Qeyd etmək lazımdır ki, Kapitan Bumer əvvəllər də dünyanın başqa yerlərində, çox vaxt insanların çoxlu ziyarət etdiyi ictimai yerlərdə peyda olub. Balinanı həmişə yoldan keçənlərlə bu heyvanların həyatı və problemləri ilə bağlı müxtəlif məlumatlar paylaşan alimlər müşayiət edir.
Məqsəd iqlim dəyişikliklərinə diqqəti cəlb etmək, balinaların qarşılaşdığı problemi qabartmaqdır.
Bu nəhəng balina maketi Bakıdan əvvəl dünyanın bir çox şəhərlərində, o cümlədən, Paris, Sürix, Bordoda nümayiş etdirilib.