DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp özünü əfv etsə, cinayət məsuliyyətindən yayına bilər

Tramp baş prokurorundan Smiti işdən çıxarmağı xahiş edə bilər. O, həmçinin məhkəmələrdən federal ittihamı dayandırmağı xahiş edə bilər.
Sputnik
BAKI, 10 noyabr — Sputnik. Donald Tramp ABŞ prezidenti statusundan özünü əfv etmək və cinayət məsuliyyətindən yayınmaq üçün istifadə edə bilər.
Bu barədə "Business Insider" məlumat yayıb.
Məlumata görə, Trampın prezident kimi törətdiyi iddia edilən qanunsuz hərəkətlərinə dair sübutlar "ABŞ Ali Məhkəməsinin prezident toxunulmazlığı ilə bağlı iyul qərarına görə istifadə edilə bilməz".
Üstəlik, prezidentin ona qarşı ittiham irəli sürən xüsusi prokuror Cek Smiti işdən çıxarmaq hüququ var.
"Tramp baş prokurorundan Smiti işdən çıxarmağı xahiş edə bilər. O, həmçinin məhkəmələrdən federal ittihamı dayandırmağı xahiş edə bilər. Belə bir siyasət var ki, vəzifədə olan prezident impiçment edilə bilməz və ya özünü əfv etməyə cəhd edə bilməz".
Daha əvvəl bildirilmişdi ki, ABŞ Ədliyyə Nazirliyi Trampla bağlı federal cinayət işlərini bağlamağı planlaşdırır.