DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusofobiya Harrislə amansız zarafat edib

Bayden-Harris administrasiyası Rusiya ilə dialoqu qəti şəkildə rədd etdi və bu, onları faciəli siyasi çıxılmaz vəziyyətə saldı.
Sputnik
BAKI, 10 noyabr — Sputnik. Rusofob ritorika və anti-Rusiya siyasəti ABŞ prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harris üçün ölümcül zərbə oldu.
Bunu politoloq Vladimir Caralla söyləyib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
"Bayden-Harris administrasiyası Rusiya ilə dialoqu qəti şəkildə rədd etdi və bu, onları faciəli siyasi çıxılmaz vəziyyətə saldı. Rusofobiya və anti-Rusiya siyasəti seçkilərdə Harrislə qəddarcasına zarafat etdi" - Caralla qeyd edib.
O, Trampın dövlət başçısı postuna qayıtması ilə ABŞ-la Rusiya arasında münasibətlərdə dəyişikliklərin mümkün olduğu qənaətində olduğunu bildirib. Eyni zamanda, onun sözlərinə görə, çox şey Trampın əsas vəzifələr üçün seçdiyi komandadan asılı olacaq.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Vitse-prezident Kamala Harris Demokratlar Partiyasını, keçmiş prezident Donald Tramp isə Respublikaçılar Partiyasını təmsil edib.
Daha əvvəl irlandiyalı jurnalist Çey Bouz Harrisin ABŞ prezident seçkilərində uduzmasını "Zelenskinin lənəti" kimi izah edib.