HADİSƏ

Azərbaycan hərbçisi Goranboyda minaya düşərək xəsarət alıb

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Sputnik
BAKI, 10 noyabr - Sputnik. Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.