DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynadan gətirilən yumurtalar xəstəlik yayır - artıq 80 nəfər infeksiyaya yoluxub

Xəstəliyə yoluxanlar bərk qaynadılmış və ya kifayət qədər isidilməmiş yumurta yeyiblər.
Sputnik
BAKI, 9 noyabr - Sputnik. 2024-cü ildə 80 İsveç sakini Ukraynadan gətirilən toyuq yumurtasını yedikdən sonra salmonellyoza yoluxub.
Bu barədə “Sweden Herald” Milli Qida Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, xəstə olanlar bərk qaynadılmış və ya kifayət qədər isidilməmiş yumurta yeyiblər. Vurğulanıb ki, sonuncu xəstə infeksiyaya yoluxan digər xəstənin olduğu restoranda olub.
Nəşr bildirib ki, Ukraynadan gətirilən toyuq yumurtaları ölkəyə daxil olmamışdan öncə yoxlamadan keçir. Agentlik isə dəfələrlə isveçlilərə Norveç, Finlandiya və Danimarka məhsulları istisna olmaqla, xaricdən gətirilən çiy yumurta istehlak etməməyi tövsiyə edib (Report).