CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 9 noyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 9 noyabr - Sputnik. Noyabrın 9-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 9-da kimlər anadan olub?
Siyavuş Kərimi (1954) – Azərbaycanın xalq artisti, bəstəkar, professor və Azərbaycan Milli Konservatoriyasının rektorudur.
Siyavuş Kərimi
Geyl Borden (1801-1874) - amerikalı iş adamı və ixtiraçıdır. Onun ən məşhur ixtirası şəkərli və şəkərsiz qatılaşdırılmış süd istehsalıdır.
İvan Turgenev (1818-1883) - rusiyalı yazıçı, dramaturq, nasir və tərcüməçidir. O, Rusiya ədəbiyyatının klassiklərindən biridir.
İvan Turgenevin barelyefi
Emil Qaborio (1832-1873) - Fransa yazıçısı və detektiv janrının banilərindəndir.
Haim Veytzman (1874-1952) – İsrail dövlət xadimi, kimyaçı alim, İsrail Dövlətinin ilk prezidentidir.
Haim Veytzman
Şarl de Qoll (1890-1970) - Fransanın hərbi lideri və dövlət xadimidir. O, "Döyüşən Fransa" hərəkatının sədri olub (1940-1944), 1944-1946-cı illərdə isə Fransanın müvəqqəti hökumətinə rəhbərlik edib. Beşinci respublikanın qurucusu, ilk prezidenti (1959-1969), Fransanın Baş naziri (1958-1959) və müdafiə naziri (1958-1959) olub.
Şarl de Qoll
Mixail Tal (1936-1992) – Latviya şahmatçısı, qrossmeyster, şahmat üzrə səkkizinci dünya çempionudur.
Mixail Tal
Aleksandra Paxmutova (1929) - Rusiya bəstəkarı, pianoçusu, populyar mahnıların müəllifi və SSRİ xalq artistidir.
Aleksandra Paxmutova
9 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1911-ci ildə Rusiyada Qleb Kotelnikov tərəfindən hazırlanmış dünyanın ilk bel çantalı paraşütü uğurla sınaqdan keçirilib. O, 1912-ci ildə ixtirasını patentləşdirib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. 2009-cu ildə məhz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü təsis edilib.
1921-ci ildə İtaliyada Milli Faşist Partiyası yaradılıb.
1953-cü ildə Kambocada Fransa ilə aparılan danışıqlar nəticəsində Fransa administrasiyasının dayandırılması rəsmən olaraq elan edilib. Həmin gün Fransa qoşunları Pnompendən çıxarılır və Kambocanın Müstəqillik Günü elan edilir.
1962-ci ildə UNITED irqçiliyə qarşı beynəlxalq şəbəkənin təşəbbüsü ilə Faşizm, İrqçilik və Antisemitizmlə Mübarizə Günü təsis edilib.
2001-ci ildə Bakıda ümummilli lider Heydər Əliyevin iştirakı ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay noyabrın 10-dək davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.