BAKI, 9 noyabr — Sputnik. Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib. Bu barədə qurumdan bildirilib.
Qeyd olunub ki, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.
Namizədlər aşağıdaki tələblərə cavab verməlidir:
Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
30 yaşı keçməməli;
Fiziki cəhətdən sağlam olmalı;
Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.