DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avstraliyada dünyanın ən böyük timsahı ölüb

Dünyanın ən böyük timsahı - Kassius 1987-ci ildən "Marineland Melanesia" qoruğundan yaşayırdı.
Sputnik
BAKI, 9 noyabr — Sputnik. Avstraliyanın "Marineland Melanesia" qoruğunda dünyanın ən böyük timsahı - Kassius 110 yaşında ölüb.
Bu barədə "Günün lenti" Telegram kanalı məlumat yayıb.
Kassius 1987-ci ildən "Marineland Melanesia"dadır. Bir müddət əvvəl o, azad təbiətdə yaşamayan ən böyük timsah kimi Ginnesin Rekordlar Kitabına düşüb - uzunluğu 5,48 metr, çəkisi isə demək olar ki, bir tona çatmışdı.
Bundan əvvəl Bakı zooparkında qiymətlərin qaldırıldığı barədə məlumat verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.