BAKI, 8 noyabr - Sputnik. Kanadanın Moskvadakı diplomatik missiyasının rəhbərinin müavini Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Rusiya XİN-in yaydığı məlumata görə, kanadalı diplomata NATO ölkələrinə qarşı nəzərdə tutulan təxribat ittihamları ilə bağlı nota təqdim edilib.
Diplomata bildirilib ki, ABŞ və onun satellitlərinin təhriki ilə koordinasiyalı şəkildə yayılan bu fərziyyələr Rusiyaya qarşı açılmış hibrid müharibə və Kiyev rejimini müasir silahlarla gücləndirmək, habelə Kanadadan olan muzdluların iştirakı kontekstində Castin Trudo hökumətinin xeyir-duası ilə Kiyev rejiminin tərəfində döyüşlərdə anti-Rusiya təxribatının mümkün hazırlığını göstərir.
Kanada tərəfinə bildirilib ki, Rusiyaya qarşı hər hansı düşmənçilik hərəkətləri cavabsız qalmayacaq. Kanada hakimiyyəti ehtiyatlı davranmalı və Rusiya ilə qarşıdurmanı dərinləşdirən zərərli addımlardan çəkinməlidir" - Rusiya XİN-in məlumatında qeyd olunub.