RUSİYA

Gümrüdə Rusiyanın Baş konsulu ölüb - səbəb açıqlanmır

Rusiya Xarici İşlər Nazirliyi Kandaurovun ölümü ilə bağlı başsağlığı verib.
Sputnik
BAKI, 8 noyabr - Sputnik. Rusiyanın Gümrüdəki baş konsulu Ruslan Kandaurov vəfat edib.
Bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.
"Təəssüflə bildiririk ki, noyabrın 8-də Rusiyanın Gümrüdəki baş konsulu Ruslan Kandaurov vəfat edib" - mesajda deyilir.
Rusiya Xarici İşlər Nazirliyi Kandaurovun ölümü ilə bağlı başsağlığı verib.
"Ruslan İzmailoviç Kandaurov yüksək peşəkarlığı, geniş dünyagörüşü, ölkə xüsusiyyətlərini mükəmməl bilməsi, ziyalılığı, ünsiyyətcilliyi, həmkarlarına mehriban münasibəti ilə seçilirdi. İşıqlı insan, gözəl ailə başçısı, mehriban yoldaş və müdrik tərbiyəçi dünyasını dəyişdi. Ruslan İzmailoviç Kandaurovun parlaq xatirəsi bizim qəlbimizdə əbədi qalacaq” - nazirlikdən bildirilib.
Kandaurov 2020-ci ilin dekabrında Gümrüdə baş konsul vəzifəsinə təyin edilib. O, 1996-cı ildən diplomatik xidmətdədir. Rusiya Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xaricdə müxtəlif vəzifələrdə çalışıb.
2006-2010-cu illərdə - Rusiya Xarici İşlər Nazirliyinin Maykopdakı nümayəndəliyinin rəhbəri, 2010-2016-cı illərdə – Rusiyanın İsraildəki səfirliyinin müşaviri, 2019-2020-ci illərdə isə Rusiyanın Cənubi Osetiyadakı səfirliyinin müşaviri olub.