HƏRBİ

Gənc əsgərlər and içdilər: Vətənə sadiq qalacağıq

Gənc əsgərlər Vətənə, dövlətə və Ali Baş Komandana, Hərbi anda sadiq olacaqlarına, intizamla xidmət edəcəklərinə, silah və texnikanın sirlərini dərindən öyrənəcəklərinə, döyüş qabiliyyətlərini daim artıracaqlarına söz veriblər.
Sputnik
BAKI, 8 noyabr - Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, hərbi orkestrin müşayiəti ilə döyüş bayrağının təntənəli surətdə sıra meydanına gətirilməsindən sonra tədbirlər açıq elan olunub.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Tədbirlərdə Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandir heyəti çıxış edərək andiçmə mərasiminin 8 Noyabr – Zəfər Gününə təsadüf etməsini xüsusi vurğulayaraq, döyüş əməliyyatlarında qazandığımız qələbələrin tarixi əhəmiyyətindən danışıblar. Vətənimizin müdafiəsində ayıq-sayıq olmağı, qarşıya qoyulmuş tapşırıqları vicdanla yerinə yetirməyi tövsiyə ediblər.
Gənc əsgərlər öz növbəsində Vətənə, dövlətə və Ali Baş Komandana, Hərbi anda sadiq olacaqlarına, nümunəvi, nizam-intizamlı xidmət edəcəklərinə, silah və texnikanın sirlərini dərindən öyrənəcəklərinə, döyüş qabiliyyətlərini daim artıracaqlarına, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirəcəklərinə söz veriblər.
Hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.
Andiçmə mərasimləri zamanı, həmçinin 8 Noyabr – Zəfər Günü münasibətilə şəxsi heyətin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərbi vətənpərvərlik mövzusunda mədəni-kütləvi tədbirlər keçirilib.
18.02.24, 13:42
Gənc əsgərlər Vətənə sədaqət andı içiblər - VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, fevralın 18-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Andiçmə mərasimlərində hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildikdən sonra tədbirlər açıq elan olunub.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlıqları çıxış edərək gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.
Sonda hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.
17.02.24
Gənc əsgərlərin sabaha nəzərdə tutulan andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Vətəndaşlardan daxil olan çoxsaylı sorğuları nəzərə alaraq bir daha bildiririk ki, sabah, fevralın 18-i Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə qapalı şəraitdə keçiriləcək" - nazirlikdən bildirilib.
Qeyd olunub ki, valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq.
"Qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik" - məlumatda vurğulanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.