DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Ədliyyə Nazirliyindən şok ittiham: Trampa qarşı sui-qəsdi SEPAH təşkil edib

ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey iddia edib ki, SEPAH ABŞ-da qətllər təşkil etmək üçün cinayətkarlar və muzdlu qatillərlə əlbir olub.
Sputnik
BAKI, 8 noyabr - Sputnik. ABŞ Ədliyyə Nazirliyi İranın ölkənin yeni seçilmiş Prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlaması ilə bağlı ittiham irəli sürüb.
Qurumin bu barədə açıqlamasında deyilir:
"Ədliyyə Nazirliyi İranın Donald Trampa qarşı sui-qəsd planlarını davam etdirmək üçün cinayət şəbəkəsini idarə etmək vəzifəsi daşıyan Tehran rejiminin agentini ittiham edib".
ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey isə öz növbəsində iddia edib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-da qətllər təşkil etmək üçün cinayətkarlar və muzdlu qatillərlə əlbir olub.
15.09.24, 23:47
Donald Tramp növbəti dəfə sui-qəsd cəhdinə məruz qalıb, şübhəli şəxs saxlanılıb
ABŞ Məxfi Xidməti prezidentliyə namizəd Donald Trampın olduğu yerin yaxınlığında baş verən atışma hadisəsini araşdırır.
Bir müddət əvvəl eks-prezidentin oğlu internetdə Trampın qolf klubunun yaxınlığında, atışmanın baş verdiyi yerə yaxın AK-47 avtomat silahının tapıldığı və şübhəlinin saxlanıldığı barədə məlumat yayıb.
“New York Post” isə Trampın qolf klubunun qarşısında iki nəfərin bir-birinə atəş açdığını və eks-prezidentin hədəf olmadığını yazıb.
Qeyd edək ki, daha əvvəl konqresmen Teylor Qrin ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı növbəti sui-qəsd edildiyini, onun sağ-salamat olduğunu bildirmişdi.
“The New York Post” isə mənbələrə istinadən Trampın həmin vaxt “West Palm Beach”dəki qolf klubundan çıxdığını yazır.
***
ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub. Bu barədə konqresmen Teylor-Qrin məlumat verib. Onun seçki qərargahı Trampın yaxınlığında atışma olduğunu bildirib.
“New York Post”un yaydığı məlumata görə Məxfi Xidmət Donald Tramp “West Palm Beach”də qolf klubundan çıxarkən onun yaxınlığında baş verən atışmaya cavab verib.
Trampın qərargahı onun yaxınlığında atəş açıldığını, siyasətçinin özünün isə təhlükəsiz olduğunu bildirib.
***
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı növbəti dəfə sui-qəsdə cəhd edilib.
Bu barədə konqresmen Taylor-Qrin məlumat yayıb. O, Trampın sağ-salamat olduğunu deyib.
Məlumata görə Trampın Florida ştatındakı qolf klubunun qarşısında atışma baş verib.
İnsidentdən sonra Trampın seçki qərargahı onun xəsarət almadığını bildirib: “Tramp Florida qolf klubu yaxınlığında silahlı atışmadan sonra təhlükəsizdir”.
“Reuters“ Trampın olduğu yerə yaxın ərazidə atışma baş verdiyi haqda məlumat yayıb.
Digər təfərrüatlar hələlik məlum deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.