Konfransın keçirilməsi ideyası milli maraqları nəzərə alaraq ölkələrin bir-biri ilə daha da yaxınlaşması üçün təşəbbüsləri irəli sürmək olub.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a müsahibəsində deyib.
"Konfransda parçalanmış dünyada birlik və həmrəylik haqqında mühüm fikirlər səsləndirilib. Biz beynəlxalq hüququn faktiki işləmədiyini və müxtəlif geosiyasi qüvvələrin vəziyyətinin gərginləşdirdiyini görürük", Hüseynov qeyd edib.
Azərbaycanın Avrasiya təhlükəsizlik sistemindəki roluna gəlincə, ekspert ölkənin Cənubi Qafqaz regionunda güclü geosiyasi oyunçu olduğunu vurğulayıb.
"Azərbaycanın Orta və Zəngəzur dəhlizləri kimi qlobal təşəbbüsləri də var. Bununla yanaşı, Bakı İrəvanla sülh müqaviləsinin imzalanması və kommunikasiyaların blokdan çıxarılması üçün danışıqlar aparır", - politoloq bildirib.