DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Keçmiş hərbçi: Trampın tələbləri NATO-nun dağılmasına səbəb ola bilər

Stavridisə görə, bu, NATO-nun son günləri olmaya bilər, lakin avropalı müttəfiqlər Vaşinqtonda yeni və skeptik administrasiyanın reallıqlarına uyğunlaşdıqları üçün çox güman ki, yöndəmsiz bir dövr olacaq.
Sputnik
BAKI, 7 noyabr — Sputnik. ABŞ seçkilərində qalib gəldiyini elan edən keçmiş prezident Donald Trampın NATO ölkələrinin müdafiə xərclərini artırması tələbi ya ittifaqın dağılmasına gətirib çıxara bilər, ya da Avropanın müqavimətinə səbəb ola bilər ki, ABŞ-ı faktiki olaraq geri çəkilsin. Bunu NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı, təqaüdçü ABŞ Hərbi Dəniz Qüvvələri admiralı Ceyms Stavridis.
"Tramp administrasiyası xərclərin əhəmiyyətli dərəcədə artırılmasında israr edərsə, ola bilər ki, bu, ya alyansın dağılmasına gətirib çıxara bilər, ya da ABŞ-ı (NATO) faktiki olaraq birliyi tərk etməyə sövq etmək üçün Avropadan kifayət qədər müqavimət görə bilər", - Stavridis deyib.
Eyni zamanda, Stavridis belə bir vəziyyəti mümkün adlandırmasına baxmayaraq, o, bunu həm də mümkünsüz hesab edir. İlk növbədə ona görə ki, Birləşmiş Ştatlar alyansdan böyük fayda əldə edir.
Stavridisə görə, bu, NATO-nun son günləri olmaya bilər, lakin avropalı müttəfiqlər Vaşinqtonda yeni və skeptik administrasiyanın reallıqlarına uyğunlaşdıqları üçün çox güman ki, yöndəmsiz bir dövr olacaq.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Demokratlar Partiyasını hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edib.
Yenilənmiş Fox News proqnozuna görə, Tramp Seçkilər Kollegiyasının səsverməsində hazırkı vitse-prezident Kamala Harris üzərində liderliyini daha da artırıb. Kanalın hesablamalarına görə, respublikaçı artıq cəmi 538 seçici səsindən 295-ni alır. Harris də öz növbəsində hələ də cəmi 226 səsə malikdir.