DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bu şirkət 9 min işçisini ixtisar edəcək və istehsalı 20% azaldacaq

Mənfi dinamika İlon Maskın rəhbərlik etdiyi "Tesla" ilə, eləcə də Çinin elektrik avtomobil istehsalçıları ilə rəqabətlə bağlıdır.
Sputnik
BAKI, 7 noyabr — Sputnik. "Nissan" işçi qüvvəsini 9 min nəfər azaltmaq və istehsalı 20% azaltmaq qərarına gəlib. Bu addım əsas bazarlarda satışların azalması nəticəsində yaranan çətinlikləri aradan qaldırmaq məqsədi daşıyır.
Yapon şirkəti ilkin olaraq 2025-ci ilin mart ayına qədər, təxminən 3,24 milyard dollar qazanacağını gözləyirdi, lakin hazırkı proqnozlar artıq cəmi 975 milyon dolları göstərir.
Mənfi dinamika İlon Maskın rəhbərlik etdiyi "Tesla" ilə, eləcə də Çinin elektrik avtomobil istehsalçıları ilə rəqabətlə bağlıdır.
"Bloomberg"ə görə, "Nissan"ın problemləri yeni avtomobil satışlarının azalması ilə mübarizə aparan digər Yapon markaları ilə müqayisədə diqqəti çəkir.
Bundan əvvəl Almaniyanın sənaye nəhəngi "Volkswagen"in zavodlarını bağladığı barədə məlumat verilmişdi.