Qarabağın dirçəlişi və reinteqrasiyası

Xocalı rayonundakı "Ağçay" üzlük daşı yatağı hərraca çıxarılır

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər lazımi məlumat almaq, iştirak haqqı və 10%-lik behi ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər.
Sputnik
BAKI, 6 noyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Xocalı rayonundakı "Ağçay" üzlük daşı yatağını açıq hərraca çıxarır.
Qurumun məlumatına görə, hərrac dekabrın 19-da, saat 11:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər lazımi məlumat almaq, iştirak haqqı və 10 %-lik behi ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 A) müraciət edə bilərlər.
Qeyd edək ki, yerin təkindən səmərəli istifadə, bu sahəyə investisiya qoyuluşu ölkə iqtisadiyyatına töhfə verən amillərdəndir. Faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilən hərraclar bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan və əlverişli şərait yaradır.
Bu baxımdan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.